Ağdamda itlər məktəbli qıza hücum etdi - Dəhşətli GÖRÜNTÜLƏR
21 noyabr 2026 19:05 (UTC +04:00)

Ağdamda itlər məktəbli qıza hücum etdi - Dəhşətli GÖRÜNTÜLƏR

0

Ağdam rayonunda sahibsiz itlər məktəbli qıza hücum edib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində, 150 saylı tam orta məktəbin yaxınlığında baş verib.

Hazırlıq məşğələsindən evə qayıdan yeniyetmə qıza bir neçə sahibsiz it hücum edib. Yaxınlıqda olan sakinlərin köməyi ilə qız itlərin hücumundan xilas edilib.

Hadisə müşahidə kameralarına da düşüb.

Sakinlərin sözlərinə görə, son iki gün ərzində qəsəbədə insanların it hücumuna məruz qalması ilə bağlı daha üç analoji hadisə baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar