Masallıda polis narkotiklərin qanunsuz dövriyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, əməliyyat zamanı saxlanılan M.Zöhrabzadədən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
