Cennifer Lopesdən  ETİRAF:   “Altı ay dayanmadan ağladım ”
20 noyabr 2026 19:20 (UTC +04:00)

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

0

Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopes şəxsi həyatında yaşadığı dəyişikliklərdən danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-də yayımlanan “The Tonight Show Starring Jimmy Fallon” verilişinin qonağı olan müğənni 20 yaşlarından bəri ilk dəfə həyatında sevgilisi olmadan və övladlarından ayrı yaşadığını bildirib.

“20 yaşlarımdan bəri ilk dəfədir ki, nə həyatımda bir insan var, nə də uşaqlarım yanımdadır. Təkəm, azadam, ürəyim nə istəyirsə, onu edə bilərəm”, – Lopes bildirib.

Sənətçi həyatının bu mərhələsinin onda müxtəlif hisslər yaratdığını, lakin ümumilikdə özünü xoşbəxt hiss etdiyini vurğulayıb.

“İndi sadəcə özüm varam. Müxtəlif duyğular yaşasam da, bu, mənim üçün kifayət qədər xoşbəxt bir dövrdür”, – müğənni əlavə edib.

Lopez üçün ən çətin məqamlardan biri keçmiş həyat yoldaşı Mark Entoni ilə nikahından dünyaya gələn əkiz övladlarının universitetə qəbul olunaraq evdən ayrılması olub.

“Onlar universitetə gedəndə altı ay dayanmadan ağladım. Məzun olmalarına iki ay qalmış ağlamağa başladım və onları universitetə yola salana qədər göz yaşlarım dayanmadı”, – sənətçi etiraf edib.

Məşhur müğənni bu dövrdə yaşadığı hissləri musiqiyə çevirdiyini də açıqlayıb. Onun sözlərinə görə, studiyada yaradıcılıq fəaliyyətinə başlayaraq indiyədək 20 mahnı hazırlayıb.

Xatırladaq ki, Cennifer Lopez indiyədək dörd dəfə ailə qurub. O, ilk dəfə 1997-ci ildə Ohani Noa, 2001-ci ildə isə rəqqas Kris Cadd ilə evlənib.

Müğənninin Mark Entoni ilə evliliyi 2004–2014-cü illəri əhatə edib. Bu nikahdan onun əkiz övladları dünyaya gəlib. Lopez daha sonra beysbolçu Aleks Rodriqeslə nişanlı olub, lakin cütlük ailə qurmayıb.

Sənətçi 2002-ci ildə “Gigli” filminin çəkiliş meydançasında tanış olduğu Ben Affleklə nişanlansa da, onların münasibəti sonradan sona çatıb. İllər sonra yenidən bir araya gələn cütlük 2022-ci ildə evlənib. Lakin bu evlilik də təxminən iki ildən sonra bitib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 164

Oxşar yazılar