“Azəriqaz"ın  baş direktoru Naxçıvanla bağlı tapşırıqlar verdi
20 noyabr 2026 18:24 (UTC +04:00)

“Azəriqaz"ın baş direktoru Naxçıvanla bağlı tapşırıqlar verdi

0

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Naxçıvan şəhərində vətəndaş qəbulu keçirib.

Lent.az xəbər verir ki, birlik rəhbəri Naxçıvan şəhəri, Babək, Şərur, Culfa, Kəngərli, Sədərək, Şahbuz və Ordubad rayonlarının sakinlərinin müraciətlərini dinləyib.

Müraciətlər əsasən debitor borcun ödənilməsində köməkliyin göstərilməsi, işə qəbul, sahibkarlıq obyektlərinin və fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı olub.

Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.

Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar