taxi
#

Lent.az – Azərbaycan dilində sutkaboyu yenilənən informasiya agentliyidir. 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır.

Hazırda Azərbaycanda ana dilimizdə ən çox oxunan informasiya agentliyi sayılır. www.lent.az ünvanında yerləşən agentlik gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

Saytımızda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür. Lent.az siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, mədəniyyət, şou-biznes, idman kimi sahələr üzrə hər gün 100-dən çox xəbər, müsahibə, reportaj və yazılar hazırlayır. Hazırda Lent.az-ın 20-dək ştat üzrə əməkdaşı və regional bölmələri var.

Maraqlı layihə və rubrikaları, kəsilməz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb.

Sayt, yaradıldığı gündən indiyədək Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktına müntəzəm diqqət ayırıb. Saytda dövri olaraq fəaliyyət göstərən “Əsir düşərgəsi”, “Döyüş tarixi”, “Kəşfiyyatçının xatirələri”, “Barıt qoxusu” və digər layihələr Qarabağ münaqişəsinin həm yerli, həm də beynəlxalq ictimaiyyətə çatdırılması işinə ciddi töhfə verib. “Lent.az-ın kitabxanası” silsiləsindən “Əsir düşərgəsi” layihəsi əsasında 2 kitab nəşr olunub: “Cəhənnəmdə böyük çığırtı” və “Əsir düşərgəsi”. “Kəşfiyyatçının xatirələri” layihəsi əsasında “Kod adı Rey” adlı bir kitab nəşr edilib. Bundan başqa, həmin silsilədən yazıçı Zakir Sadatlının “Əfqanıstan uçurumu” kitabı nəşr edilərək, oxucuya çatdırılıb.

Lent.az – bizimlə əməkdaşlıq etmək istəyən hər kəsin üzünə açıqdır. Agentliyimiz hələlik yalnız azərbaycanca xəbərlər yaysa da, yaxın gələcəkdə rus və ingilis dilində də xəbər istehsalı ilə məşğul olmağı hədəfləyib.

Saytın baş redaktoru Əməkdar jurnalist Qabil Abbasoğludur.