Porno ulduz  qalmaqalından sonra   sponsor ilə  əməkdaşlıq   kəsildi
20 noyabr 2026 19:07 (UTC +04:00)

Porno ulduz qalmaqalından sonra sponsor ilə əməkdaşlıq kəsildi

0

Klub, prioritetlərdəki fərqləri birbaşa əsas gətirərək, rusiyalı porno aktrisası ilə bağlı qalmaqaldan sonra bukmeker sponsoru ilə tərəfdaşlığına xitam verib

İngiltərənin "Lester Siti" klubu özünün titul sponsoru olan kiber idman mərc şirkəti BC.Game ilə kommersiya müqaviləsini vaxtından əvvəl ləğv edib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu qərara tərəfdaşın rus porno aktrisası Eva Elfinin iştirak etdiyi reklam kampaniyası ilə bağlı qalmaqal səbəb olub.

Klub rəsmi olaraq gələcək kommersiya prioritetlərindəki fərqləri əsas gətirərək tərəfdaşlıqlarının ləğvini təsdiqləyib.

"Lester” klubu və BC.Game qarşılıqlı olaraq kommersiya tərəfdaşlıqlarını dərhal ləğv etmək barədə razılığa gəliblər.

Bu qərar, tərəflər arasında son günlərdə aparılan konstruktiv müzakirələrdən sonra verilib və bu müzakirələr zamanı onlar gələcək üçün fərqli kommersiya prioritetlərini etiraf ediblər.

2016-cı ildə İngiltərə Premyer Liqasının titulunu qazanan klubun açıqlamasında deyilir ki, "Lester" ilə iki il yarımlıq tərəfdaşlıq dövründə göstərdikləri dəstəyə, eləcə də bu razılaşmaya konstruktiv yanaşmasına görə “BC.Game”a təşəkkür edirik".

Məlum olduğu kimi, qalmaqal noyabrın əvvəlində bukmeker şirkəti rus porno aktrisasının iştirak etdiyi reklam videosunu yayımladıqdan sonra başlayıb. Kampaniya “Lester” azarkeşləri arasında qəzəbə səbəb olub və onlar klubu ənənəvi dəyərlərə məhəl qoymamaqda ittiham edərək tənqid ediblər.

29 yaşlı Eva Elfi, əsl adı Yuliya Romanova olan rusiyalı aktrisadır. Onun “Instagram”da təxminən 4,9 milyon izləyicisi var. 2021-ci ildə o, AVN Awardın "Ən yaxşı yeni beynəlxalq ulduz" mükafatını qazanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 140

Oxşar yazılar