“Rockstar Games” şirkətinin çoxdan gözlənilən GTA 6 oyunu satışa çıxarıldığı ilk gündə rekord gəlir əldə edib.
Lent.az xəbər verir ki, “Sensor Tower” analitik şirkətinin hesablamalarına görə, oyunun ilkin sifarişləri və ilk gün satışları 24,5 milyon nüsxəni keçərək təxminən 2,36 milyard dollar gəlir gətirib.
Satışların təxminən 75 faizi “PlayStation 5”, qalan hissəsi isə “Xbox” konsollarının payına düşüb.
“Niko Partners” analitikləri GTA 6-nın 2026-cı ilin sonuna qədər dünya üzrə 3 milyard dollardan çox gəlir əldə edəcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, bu rəqəmlər analitik şirkətlərin təxminləridir və “Rockstar Games” tərəfindən rəsmi təsdiqlənməyib.