Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev Hərbi Memorial Məzarlıqda dəfn edilib.
Lent.az APA istinadən xəbər verir ki, dəfn mərasimində Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Müdafiə Nazirliyinin əməkdaşları, mərhumun yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Ehtiram Əliyev dünən müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub. O, Sədərək və Batabat istiqamətlərində gedən döyüşlərdə, həmçinin Ağdam, Füzuli, Tərtər və Cəbrayıl istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib.
1994-cü ilin yanvarında baş verən döyüşlərin birində yaralanan Ehtiram Əliyev müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb. 1995-ci ildə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
***
15 oktyabr: 16:54
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib.
Lent.az Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib.
Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl E.Əliyevin səhhətində ciddi problemlər yaranmışdı. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilmişdi. Vəziyyəti daha da ağırlaşdığına görə Milli Onkologiya Mərkəzinə köçürülmüşdü. O, son günlər süni nəfəs aparatına qoşulmuşdu.
Allah rəhmət eləsin!