Kişi arvadının istəyi ilə  ikinci dəfə   evləndi
16 noyabr 2026 12:38 (UTC +04:00)

Kişi arvadının istəyi ilə ikinci dəfə evləndi

0

ABŞ-da qadın ev işlərindən və uşaqlara qulluq etməkdən yorulduğu üçün ərinə ikinci dəfə evlənməyi təklif edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ailəsini dolandırmaq üçün həftənin altı günü işləməyə məcbur olan kişi evdə həyat yoldaşına kifayət qədər kömək edə bilməyib. Qadın isə həm ev işlərinin, həm də azyaşlı uşaqlara qulluğun öhdəsindən təkbaşına gəlməkdən yorulub. Nəticədə o, ərinə ikinci arvad almasını təklif edib.

Kişinin iki həyat yoldaşından ümumilikdə səkkiz övladı var. 

Qadınlardan biri bildirib ki, onlar uşaqların böyüdülməsində bir-birlərinə yaxından kömək edirlər:

“Hər dəfə bir-birimizin uşaqlarını ana südü ilə qidalandıra bilirdik. Bu, həqiqətən də çox gözəl idi”.

Onun sözlərinə görə, uşaqların da ailədə iki ana və bir atanın olmasından narahatlığı yoxdur. Onlar bu ailə modelini adi hal kimi qəbul edirlər.

Qeyd edək ki, daha əvvəl Roma Papası XIV Leo katoliklər üçün çoxarvadlılığı qadağan edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar