İranda Netanyahuya  bənzəyən   dükan sahibi  boykot   edilir
15 noyabr 2026 18:25 (UTC +04:00)

İranda Netanyahuya bənzəyən dükan sahibi boykot edilir

0

İranın paytaxtı Tehranda qoz-fındıq və quru meyvə satıcısı İsrailin baş naziri Binyamin Netanyahuya heyrətamiz bənzərliyi səbəbindən boykot edilib. Mağazasında oturan kişinin üz cizgiləri və saç düzümünün Netanyahuya bənzədiyi deyilir. Bu da bəzi iranlıların yalnız bu oxşarlığa görə ondan məhsul almağı dayandırmasına səbəb olub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İran və İsrail arasındakı gərginlik Tehranda qoz-fındıq və şirniyyat satan bir dükan sahibinə də təsir edib. İsrailin Bbş naziri Benyamin Netanyahuya heyrətamiz fiziki bənzərliyə malik olan kişi, mağazasında çəkilmiş şəkillərinin yayılmasından sonra bəzi iranlıların boykotu ilə üzləşib.

Qoz-fındıq, quru meyvə və şirniyyat satılan mağazada çəkilmiş görüntülərdə saç düzümü, üz cizgiləri və ifadələri Netanyahuya heyrətamiz dərəcədə bənzəyən bir dükan sahibinin tərəzinin arxasında oturduğu görünür. Bəzi izləyicilər mağazanın ünvanını öyrənməyə çalışarkən, digərləri oxşarlıq barədə yumoristik şərhlər ediblər.

Netanyahuya fiziki bənzərlik iranlı dükan sahibinin də müştəri itirməsinə səbəb olub. Bəzi iranlılar İsrail baş nazirinə bənzəyən kişinin mağazasını boykot etməyə çağırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 124

Oxşar yazılar