91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra  ictimaiyyət qarşısına çıxdı
15 noyabr 2026 02:46 (UTC +04:00)

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

0

 

Rusiyanın Xalq artisti Alisa Freyndlix uzun fasilədən sonra Moskvada keçirilən kino mükafatlandırma mərasimində iştirak edib. Aktrisanın səhnəyə çıxması tamaşaçıların alqışları ilə qarşılanıb.

Lent.az xəbər verir ki, bu barədə “7Дней” nəşri məlumat yayıb.

91 yaşlı aktrisa Sankt-Peterburqdan Moskvaya II Açıq Avrasiya Kino Mükafatı – “Brilliantovaya baboçka” mərasimində iştirak etmək üçün gəlib. Tədbir Nikita Mixalkovun rəhbərlik etdiyi teatrda təşkil olunub.

Freyndlix dünya kinematoqrafiyasının inkişafına verdiyi töhfələrə görə fəxri mükafatla təltif edilib. Mükafatı ona rejissor Nikita Mixalkov təqdim edib. Zal aktrisanı ayaqüstə alqışlayıb.

Mərasimdə Freyndlix “Slujebnıy roman” filmində birlikdə çəkildiyi aktrisa Svetlana Nemolyayeva ilə də görüşüb. Sənətçi çıxışında həyatının ən böyük xoşbəxtliyinin sevdiyi peşə ilə məşğul olmaq olduğunu bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 106

Oxşar yazılar