Rusiyalı model və bloqer Alla Bruletovanın həyat yoldaşının kimliyi barədə yeni məlumatlar yayılıb. “Bentley Girl” adı ilə tanınan modelin iş adamı Nikolay Smirnovla ailə qurduğu bildirilir.
Lent.az xəbər verir ki, bu barədə “StarHit” məlumat yayıb.
27 yaşlı model sentyabrın sonunda evlənsə də, uzun müddət həyat yoldaşının kimliyini ictimaiyyətdən gizlədib. Nəşrin mənbəsinin iddiasına görə, onun seçimi 40 yaşlı iş adamı Nikolay Smirnov olub.
Smirnov “Zolotaya Korona” ödəniş sisteminin ortaq sahiblərindən biri kimi təqdim edilir. O, əvvəllər bank sektorunda fəaliyyət göstərən Olqa Mirimskaya ilə şəxsi münasibətləri və məhkəmə çəkişmələri səbəbindən gündəmə gəlib.
Model toy mərasimindən görüntülər paylaşsa da, şəxsi həyatı ilə bağlı məlumatları məhdud şəkildə ictimailəşdirib. Həyat yoldaşının kimliyinə dair xəbərlər əsasən nəşrin mənbəsinin açıqlamasına əsaslanır.