Alimlər 240 min illik mağarada qeyri-adi sirr  aşkar etdilər
14 noyabr 2026 05:34 (UTC +04:00)

Alimlər 240 min illik mağarada qeyri-adi sirr aşkar etdilər

0

 

Cənubi Afrikada qədim insan qohumlarına aid qalıqların araşdırılması zamanı qeyri-adi nəticə əldə olunub. Alimlər mağarada tapılmış bəzi qalıqların yalnız dişi fərdlərə aid ola biləcəyini müəyyənləşdiriblər.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” York Universitetinin tədqiqatına istinadən məlumat yayıb.

Araşdırma Cənubi Afrikanın “Rising Star” mağara sistemində aparılıb. Burada təxminən 335–241 min il əvvəl yaşamış “Homo naledi” növünə aid çoxsaylı fosillər aşkar edilib.

Alimlər qədim dişlərdə qorunmuş zülalları təhlil edərək fərdlərin bioloji cinsini müəyyənləşdirməyə çalışıblar. Təhlil edilən ən azı 20 fərdin qalıqlarında erkək fərdlərə xas zülal göstəriciləri müəyyən olunmayıb.

Tədqiqatçılar bu nəticənin mağaranın müəyyən hissəsində yalnız dişi fərdlərin dəfn edilmiş ola biləcəyi ehtimalını yaratdığını bildirirlər. Bununla belə, dəfn mərasiminin məqsədi və həmin dövrdə yaşayan insanların davranışları ilə bağlı yekun nəticə çıxarmaq üçün əlavə araşdırmalar tələb olunur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 104

Oxşar yazılar