Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb.
DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, paytaxtın Nərimanov rayonunda yerləşən kafelərdən birində baş vermiş insidentlə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir. Cinayət əməlini törədən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev Nərimanov rayonunda polisin keçirdiyi növbəti tədbirlərlə saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***
13 noyabr, saat: 16:45
Paytaxtın Nərimanov rayonunda kafelərin birində baş verən insidentlə bağlı polis tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Lent.az xəbər verir ki, hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər 3 nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
***
11:49
Bakıda kütləvi dava olub.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Böyükşor qəsəbəsində, taxta bazarının yaxınlığında qeydə alınıb.
Dava zamanı 30 yaşlı Sərvan Məsimov və həmyaşıdı Raqif Rəhimov bıçaq, 28 yaşlı Ravin Xəlilov isə döyülərək xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.