Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın xəbərinə görə, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistralında, rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan motosikletlə “Atego” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü olan rayon sakini, 19 yaşlı E. Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.(APA)