"Mançester Yunayted"in yeni baş məşqçi axtarışından və Maurisio Poçettinonun potensial əvəzedici kimi qeyd olunmasından sonra ABŞ Futbol Federasiyası Pep Qvardiolanı əsas namizəd kimi müəyyən edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bildirilib ki, Qvardiola məşqçiliyə qayıtmağa hazırdır və ABŞ-dan gələn təklifə pozitiv yanaşır.
ABŞ rəsmilərinin potensial məşqçilər siyahısının başında əvvəlki illərdə adı hallanan Pep Qvardiola gəlir. Ötən mövsümün sonunda "Mançester Siti"də 10 illik möhtəşəm karyerasına son qoyan 55 yaşlı ispan məşqçi yeni dövrdə ABŞ milli komandasının bir nömrəli hədəfidir.
Qvardiolanın məşqçiliyə qayıtmağa hazır olduğu və ABŞ-dan mümkün təklifi qəbul edəcəyi bildirilir.