Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Lent.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunda 5-ci Mikrorayonun, 3005-ci məhəllənin və 20 Yanvar küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.