Balakəndə evdən meyit tapılıb.
Lent.az-ın xəbərinə görə, hadisə şəhəri R.Əhəmədzadə küçəsində baş verib.
38 yaşlı Cavatxan Həsənhüseynoviç Ramazanovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır.