Naxçıvanda kişi parkda donub öldü
12 noyabr 2026 12:26 (UTC +04:00)

Naxçıvanda kişi parkda donub öldü

0

Naxçıvanda kişi küçədə ölüb.

Lent.az xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində yerləşən Dədə Qorqud parkında qeydə alınıb.

Culfa rayon sakini, 40 yaşlı Qəhrəmanov Rəşid Nizami oğlu parkda gecələdiyi üçün soyuqdan donub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun illərdi ruhi-əsəb dispanserində qeydiyyatda olduğu bildirilir. Onun alkoqol asılılığından əziyyət çəkdiyi də qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar