Şəmkirdə ağır qəza: 2 ölü, 1 yaralı var
12 noyabr 2026 03:57 (UTC +04:00)

Şəmkirdə ağır qəza: 2 ölü, 1 yaralı var

0

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobilin aşması nəticəsində 1995-ci il təvəllüdlü Eşqin Abbasov və 1995-ci il təvəllüdlü Elgün Abbasov ölüb, 1994-cü il təvəllüdlü R. Səfərov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 86

Oxşar yazılar