Azərbaycanlı bloqer Ermənistana buraxılmayıb.
Lent.az-ın xəbərinə görə, bu barədə bloqer Rüstəm Şükürov özü sosial şəbəkədə paylaşım edib.
Bloqerin sözlərinə görə, yaşadığı Rusiyadan Ermənistana keçərkən sərhədçilər onun azərbaycanlı olduğunu müəyyən ediblər. Bundan sonra erməni sərhədçilər Rüstəm Şükürovun fəaliyyətini araşdırmağa başlayıblar.
Ermənistan sərhədçiləri bildirib ki, Rüstəm Şükürovun ölkəyə buraxılmasına milli təhlükəsizlik qurumu icazə vermir.
R. Şükürov bütün bunlara baxmayaraq, lakin erməni sərhədçilərin onunla kobud danışmadıqlarını da qeyd edib.