Voyager 1 kosmosda tarixi rekorda  yaxınlaşır
11 noyabr 2026 07:33 (UTC +04:00)

Voyager 1 kosmosda tarixi rekorda yaxınlaşır

0

Təxminən 50 ildir kosmosda hərəkət edən “Voyager 1” kosmik aparatı noyabrın 18-də Yerdən bir işıq günü məsafəsinə çatacaq.

Lent.az xəbər verir ki, bu, siqnalın Yerdən aparata çatması üçün təxminən 24 saat, cavabın geri qayıtması üçün isə daha 24 saat tələb olunması deməkdir.

1977-ci ildə buraxılan aparat insan tərəfindən yaradılmış ən uzaq obyekt olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 76

Oxşar yazılar