Baş həkimi evində döyüb öldürdülər
10 noyabr 2026 15:06 (UTC +04:00)

Baş həkimi evində döyüb öldürdülər

0

Rusiyanın paytaxtı Moskvada özəl klinikanın baş həkimi Marina Kaqan yaşadığı evdə ölü tapılıb.

Lent.az xəbər verir ki, 60 yaşlı Marina Kaqan paytaxtdakı “KM-Klinik” tibb müəssisəsinin baş həkimi olub. O, terapevt və ultrasəs müayinəsi üzrə mütəxəssis kimi fəaliyyət göstərib.

Qətldə şübhəli bilinən 30 yaşlı Almaniya vətəndaşı Daniel saxlanılıb. Marina Kaqan şübhəli şəxslə bir neçə il əvvəl Almaniyada tanış olub.

Bildirilib ki, həkim 2024-cü ildə Hannover şəhərində yerləşən Avropa Tibb Elmləri Akademiyasının üzvü olub. Onun Daniel adlı şəxslə məhz həmin şəhərdə tanış olduğu ehtimal edilir.

Daha sonra Daniel Kaqanın oğlu Aleksandrla dostlaşıb və Moskvaya gəlib. Son aylarda o, həkimin fərdi evində yaşayaraq mütəmadi müalicə alırmış.

Noyabrın 10-da Kaqanın meyitini oğlu Aleksandr Moskvanın Voronovo rayonundakı fərdi evin pilləkənində aşkar edib. Qadının başında və üzündə zərbə izləri müəyyən olunub.

Qonşular hadisədən bir qədər əvvəl evdən qışqırıq səsləri eşitdiklərini bildiriblər.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və bunun nəticəsində zərərçəkmişin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 130

Oxşar yazılar