Alimlər 300 attosaniyəlik  rentgen impulsu yaratdılar
09 noyabr 2026 22:48 (UTC +04:00)

Alimlər 300 attosaniyəlik rentgen impulsu yaratdılar

0

 

Fiziklər son dərəcə qısa müddət davam edən və yüksək gücə malik rentgen impulsları yaratmağa nail olublar. Yeni texnologiya atom və elektron səviyyəsində baş verən proseslərin daha dəqiq öyrənilməsinə imkan verə bilər.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” məlumat yayıb.

Alimlər cəmi 300 attosaniyə davam edən rentgen impulslarını olduqca kiçik bir nöqtədə cəmləşdiriblər. Bir attosaniyə saniyənin milyardda bir hissəsinin milyardda birinə bərabərdir.

Belə qısa impulslar elektronların hərəkətini və kimyəvi reaksiyalar zamanı baş verən çox sürətli dəyişiklikləri öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır.

Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə bu texnologiya yeni materialların, elektron cihazların və mürəkkəb kimyəvi proseslərin tədqiqində istifadə oluna bilər. Lakin bu imkanların geniş praktik tətbiqi üçün əlavə texnoloji inkişaf tələb olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 100

Oxşar yazılar