Pakistanın Liakatabad bölgəsi yaxınlığında baş verən ağır yol-nəqliyyat hadisəsi hamilə qadının ölümü ilə nəticələnib. Hadisə şahidləri qəzaya səbəb olan yük maşınını daşqalaq edərək yandırıblar.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən yük maşını ər-arvadın olduğu motosikleti vurub. Nəticədə hamilə qadın Faizə hadisə yerində həyatını itirib, həyat yoldaşı Fəhim isə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Faciə yerli sakinlərin ciddi etirazına səbəb olub. Qəzəblənən insanlar yük maşınını daşqalaq edib, şüşələrini sındırıb və daha sonra ona od vurublar.
Yük maşınının sürücüsü isə hadisə yerindən qaçıb.