Güclü yağış davam edir - GÜNÜN HAVASI
08 noyabr 2026 16:48 (UTC +04:00)

Güclü yağış davam edir - GÜNÜN HAVASI

0

Noyabrın 8-i saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə yağıntılar intensiv xarakter daşıyır.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı və Abşeron yarımadasında, Şahbuz, Culfa, Gədəbəy, Zaqatala, Oğuz, Şamaxı, Qobustan, Göyçay, İsmayıllı, Ağdam, Altıağac, Quba, Qusar, Xaltan, Kürdəmir, Sabirabad, Saatlı, Lənkəran, Astara, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli və Goranboyda arabir yağış yağır.

Şahdağ, Xınalıq, Gədəbəy, Daşkəsən və Qax rayonunun Sarıbaş kəndində isə qar yağması müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti saniyədə 24 metrə çatır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 122

Oxşar yazılar