"Devin Media" ofisindən çıxarıldı - VİDEO
08 noyabr 2026 11:50 (UTC +04:00)

"Devin Media" ofisindən çıxarıldı - VİDEO

0

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl "Devin Media" barəsində cinayət işi başlanıb.

Lent.az xəbər verir ki, barəsində cinayət işi başlanan "Devin Media" "Amay" ticarət mərkəzindəki ofisindən çıxarılıb. 

Qeyd edək ki, bir müddət əvvəl bir qrup zərərçəkən "Devin Media"nın rəhbəri Atila Uysaldan pullarını tələb etmək üçün "Amay" ticarət mərkəzindəki ofisinə getmişdilər.

Qeyd edək ki, "Devin Media"nın Türkiyənin məşhur seriallarına aktyor seçimi adı altında vətəndaşları aldatması ilə bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub.

Bundan sonra MMC barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 128

Oxşar yazılar