Nurəddin Mehdixanlı  "Devin Media"dan  ayrıldı
23 oktyabr 2026 18:20 (UTC +04:00)

Nurəddin Mehdixanlı "Devin Media"dan ayrıldı

0

Xalq artisti Nurəddin Mehdixanlı barəsində cinayət işçi açılan "Devin Media" ilə əməkdaşlığını dayandırıb.

Bu barədə Lent.az-a aktyor özü bildirib. 

Onun sözlərinə görə, şirkətlə müqaviləsi cari ilin əvvəlində yekunlaşıb:

"2026-ci ilin əvvəlindən mən onlarla əməkdaşlığımı dayandırmışam. Onlarla heç bir əlaqəm, heç bir əməkdaşlığım yoxdur. Çünki mənim başqa işlərim var. Onlarla imzalanan saatlarım var idi, saatlar da bitdi. Deyəcəklərim bu qədər".

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən “Devin Media”nın Türkiyənin məşhur seriallarına aktyor seçimi adı altında vətəndaşları aldatması şikayətləri ilə bağlı cinayət işi açılıb. 

Məlumata görə, vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb və hazırda məsələ ilə bağlı istintaq gedir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar