Məşhurlar səhərlər  nə içirlər?   – Limonlu su,  göbələkli qəhvə   və...
12 noyabr 2026 11:36 (UTC +04:00)

Məşhurlar səhərlər nə içirlər? – Limonlu su, göbələkli qəhvə və...

0

Dünya ulduzları günə enerjili başlamaq üçün müxtəlif içkilərə üstünlük verirlər. Bəziləri limonlu su, digərləri göbələkli qəhvə, yaşıl çay və tərəvəz smuziləri seçirlər.

Lent.az xarici mediaya istinadən bəzi məşhurların qəbul etdikləri içkiləri təqdim edir.

Cennifer Eniston səhərlər acqarına bir stəkan ilıq limonlu su içir. Aktrisa bu içkinin maddələr mübadiləsini sürətləndirməyə kömək etdiyinə inanır. 

Viktoriya Bekhem isə daha qeyri-adi seçim edir. “Spice Girls” qrupunun keçmiş üzvü səhərlər içdiyi suya alma sirkəsi əlavə edir.

Bella Hadid toz halına salınmış yaşıl çaydan hazırlanan matçanı sevimli içkisinə çevirib. Modelin fikrincə, bu içki insanı qəhvə qədər gümrah saxlaya bilir.

Qvinet Peltrou göbələkli qəhvəyə üstünlük verir. Bu içkinin tərkibinə arabika qəhvəsi ilə yanaşı, çaqa kimi göbələklərin toz ekstraktları da əlavə olunur.

Heyli Biber smuzi həvəskarı kimi tanınır. O, hətta məşhur supermarketlər şəbəkələrindən biri ilə əməkdaşlıq çərçivəsində öz smuzi içkisini də təqdim edib.

Rozi Hantinqton-Uaytli isə yaşıl tərəvəz şirələrinin böyük pərəstişkarıdır. Model sevimli səhər içkisini kərəviz, alma və xiyardan hazırlayır.

Mütəxəssislər bildirirlər ki, səhər qəbul edilən içkilərin orqanizmə təsiri onların tərkibindən və insanın sağlamlıq vəziyyətindən asılıdır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 70

Oxşar yazılar