Məmmədlidə yollar o gündədir ki, 50 gündür avtobus işləmir -VİDEO
12 noyabr 2026 09:53 (UTC +04:00)

Məmmədlidə yollar o gündədir ki, 50 gündür avtobus işləmir -VİDEO

0

Abşeron rayonunun Məmmədli qəsəbəsində yolların yararsız vəziyyətə düşməsi sakinlərin ciddi narazılığına səbəb olub.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti yol problemi barədə aidiyyəti qurumların məlumatlandırıldığını bildirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən qeyd olunub ki, yolun bərpasından əvvəl su problemi aradan qaldırılmalıdır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatına görə, yağış sularının axıdılması üçün çəkilən şəbəkə yaxın günlərdə tamamlanacaq.

Qurum evləri su basmasını tullantı sularının qanunsuz şəkildə gölə axıdılması və gölün daşması ilə əlaqələndirib.

Kanalizasiya şəbəkəsi qurulanadək sakinlərə fərdi septik quyulardan istifadə tövsiyə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 108

Oxşar yazılar