Hollivudun ən məşhur cütlüklərindən olan Bred Pitt və Cennifer Enistonun evlilik illərində yaşadıqları maraqlı məişət mübahisəsi üzə çıxıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, məşhur aktyorların evlilik dövründə ən çox fikir ayrılığı yaşadıqları məsələlərdən biri evdəki temperatur olub.
Məlumata görə, 2000-ci ildə Malibuda keçirilən toy mərasimində Bred Pitt həyat yoldaşına evdəki temperaturu tənzimləyən termostatın idarəsini onunla bölüşəcəyinə söz verib. Buna səbəb cütlüyün evdə temperaturun neçə dərəcə olması ilə bağlı tez-tez razılığa gələ bilməməsi olub.
Qeyd edək ki, Bred Pitt və Cennifer Eniston 1994-cü ildə menecerlərinin vasitəsilə tanış olublar. Onlar 1999-cu ildə münasibətlərini ictimaiyyətə açıqlayıb, 2000-ci ildə isə ailə qurublar.
Lakin Hollivudun ən məşhur cütlüklərindən birinin evliliyi uzun sürməyib. Aktyorlar 2005-ci ildə boşanıblar. Həmin dövrdə onların ayrılığı Bred Pittin "Cənab və xanım Smit" filminin çəkilişləri zamanı Ancelina Coli ilə yaxınlaşması ilə əlaqələndirilib.
Bununla belə, Pitt və Eniston ayrılıq qərarının uzun müddət düşündükdən sonra verildiyini və mətbuatda yayılan şayiələrlə bağlı olmadığını açıqlayıblar.
Cennifer Eniston 2025-ci ildə verdiyi açıqlamada boşanmasının mediada geniş müzakirə edilməsinin onun üçün ağır olduğunu etiraf edib. Aktrisa məşhur olmasına baxmayaraq, hər şeydən əvvəl adi insan olduğunu vurğulayıb.
![]()