Xocavənddə traktor minaya düşdü
11 noyabr 2026 14:34 (UTC +04:00)

Xocavənddə traktor minaya düşdü

0

Xocavənddə mina partlayışı olub.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub.

Məlumata görə, bu gün, noyabrın 11-də işgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında mina hadisəsi baș verib.

42 yaşlı Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar