Son vaxtlar Bakıda göbələk və qoturluqla bağlı həkimə müraciətlərin sayı xeyli artıb.
Lent.az xəbər verir ki, bu barədə dermatoloq Azər Şamilov “Künc-Bucaq” kanalının qonağı olarkən danışıb.
Həkimin sözlərinə görə, dəri problemlərinin yaranmasında geyim seçimi də mühüm rol oynayır. Hətta bahalı geyimlər belə insan sağlamlığına mənfi təsir göstərə bilər.
Bəs iç geyimləri seçərkən nələrə diqqət yetirilməlidir? Hansı parçalar dəri üçün daha təhlükəsizdir? Yeni alınan geyimləri istifadə etməzdən əvvəl mütləq yumaq lazımdırmı?
Dermatoloq verilişdə bu suallara aydınlıq gətirərək geyim seçiminin dəri sağlamlığına təsirindən danışıb.