Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb.
Lent.az-ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir.
Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnız peşəkar futbolçular arasında səsvermə yolu ilə formalaşdırılır.
Seçim oyunçuların 4 avqust 2025-ci il avqusrun 4-ü və 2026-cı il iyulun 19-u arasındakı oyunlarına əsaslanıb. Seçim üçün futbolçular bu müddət ərzində ən azı 30 rəsmi oyunda iştirak etməli olublar. Ən yaxşı futbolçuların seçilməsində 73 ölkədən ümumilikdə 19.806 peşəkar oyunçu iştirak edib.
FIFPRO Men’s World 11 -in tam heyəti aşağıdakı kimidir:
Qapıçı: David Raya (“Arsenal”)
Müdafiəçilər: Pau Kubarsi (“Barselona”), Əşrəf Hakimi və Nuno Mendeş (hər ikisi PSJ)
Yarımmüdafiəçilər: Cud Bellinqem (“Real”), Rodri (“Mançester Siti”) və Vitinya (PSJ).
Hücumçular: Erlinq Haaland (“Mançester Siti”), Kilian Mbappé (“Real”), Lionel Messi (“İnter Mayami”), Lamin Yamal (“Barselona”)

Qeyd etmək lazımdır ki, bu, səkkizqat "Qızıl top" mükafatçısı Lionel Messinin
"Ulduzlar" komandasına 18-ci seçilməsidir - bu, bütün zamanların rekordudur. Argentinalı futbolçu 2023-cü ildən bəri ilk dəfə komandaya qayıdıb.
Yamal daha bir tarixi nailiyyətə imza atıb. 19 yaşında 20 yaşına çatmadan əvvəl iki dəfə FIFPro simvolik komandasına daxil edilən ilk futbolçu olub.