Şamaxıda qadın faciəvi şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şamaxı şəhər sakini, 50 yaşlı Pakizə Gülaməddin qızı Piriyeva həyətindəki su çəninə düşüb boğularaq ölüb.
Onun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Araşdırma aparılır.