Futbola görə 18 avtobus marşrutunun  hərəkət sxemi   dəyişir
19 oktyabr 2026 17:50 (UTC +04:00)

Futbola görə 18 avtobus marşrutunun hərəkət sxemi dəyişir

0

Oktyabrın 20-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

AYNA-dan Lent.az-a bildirilib ki, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. “Koroğlu” NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar