Sərxoş tamaşaçılar  müğənniyə oxumağa imkan vermədi
17 oktyabr 2026 15:39 (UTC +04:00)

Sərxoş tamaşaçılar müğənniyə oxumağa imkan vermədi

0

Müğənni Valeri Meladzenin İstanbulda keçirilən konserti iki sərxoş qadının səhnəyə çıxması səbəbindən yarımçıq dayandırılıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tamaşaçıların bir çoxu güclü sərxoş olublar və ətrafdakılara maneçilik törədiblər. Konsert zamanı iki qadın səhnəyə qalxaraq müğənninin çıxışını dayandırmasına səbəb olub.

Əvvəlcə Meladze qadınlardan və onları müşayiət edən şəxslərdən zalı tərk etmələrini istəyib. Daha sonra musiqiçilər də münaqişəyə müdaxilə ediblər. Nəhayət, sənətçi təhlükəsizlik əməkdaşlarına müraciət edərək qaydanı pozan qadınların zaldan çıxarılmasını tələb edib.

Hadisədən sonra konsert davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar