Məşhurların qəribə hobbisi – Timsah və ilan  saxlayanlar -FOTOLENT
25 noyabr 2026 11:10 (UTC +04:00)

Məşhurların qəribə hobbisi – Timsah və ilan saxlayanlar -FOTOLENT

0

İstanbulun Sarıyer rayonunda şir görüldüyü iddiası ilə başladılan axtarışlar Türkiyənin məşhur simalarının vaxtilə evlərində saxladıqları qeyri-adi heyvanları yenidən gündəmə gətirib.

Lent.az xarici KİV-ə istinadən məşhurların ekzotik heyvanlarla bağlı maraqlı hekayələrini təqdim edir.

Yatarkən timsahın hücumuna məruz qaldı

Müğənni Hatice 2007-ci ildə həyat yoldaşı Ramiz Özbayın evdə saxladığı Afrika timsahının hücumuna məruz qalıb. Yatarkən qolundan dişlənən müğənniyə beş tikiş qoyulub. Hadisədən sonra Hatice az qala timsaha yem olacağını bildirib.

Həmin dövrdə Özbayın şirkətində piranya, köpəkbalığı və meymun saxladığı da mətbuatda işıqlandırılmışdı.

Evində piton saxlayıb

Aktrisa Yasemin Allen İngiltərədə yaşadığı dövrdə evində kral pitonu saxlayıb. İlanına “Lord Flashheart” adını verən aktrisa onunla çəkdirdiyi fotoları sosial şəbəkələrdə də paylaşıb.

Allen 2024-cü ildə qatıldığı verilişdə Türkiyədə piton saxlamağın qadağan olduğunu, buna görə də ilanını İngiltərədə qoymaq məcburiyyətində qaldığını bildirib.

Sahibsiz eşşək balasına sahib çıxdı

Heyvan sevgisi ilə tanınan məşhur müğənni Sezen Aksu isə küçədə tapdığı pişik və itlər üçün Göksudakı musiqi studiyasının arxasında xüsusi yaşayış sahəsi yaradıb.

Sənətçi 2019-cu ildə Kayseridə anasını itirmiş eşşək balasını da himayəsinə götürərək ona “Boza” adını verib.

Məşhurların heyvanlara olan bu fərqli marağı illər keçməsinə baxmayaraq, hələ də yaddaşlarda qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar