Arxasında ekran olan telefonlar: Honor 700, 700 Pro və 700S təqdim edildi
25 noyabr 2026 07:31 (UTC +04:00)

Arxasında ekran olan telefonlar: Honor 700, 700 Pro və 700S təqdim edildi

0

Çinin Honor şirkəti arxasında ikinci ekran yerləşdirilən Honor 700, Honor 700 Pro və Honor 700S smartfonlarını təqdim edib.

Lent.az xəbər verir ki, seriyanın hər üç modelində 1,59 düymlük arxa ekran var. Bu ekran bildirişləri, saatı və hava məlumatlarını göstərməklə yanaşı, əsas kamera ilə selfi çəkərkən görüntünü izləməyə imkan verir. Həmçinin bəzi modellərdə ürək döyüntüsünü və qandakı oksigen səviyyəsini ölçmək funksiyası mövcuddur.

Telefonlar 200 meqapiksellik əsas kamera, 120 Hz yenilənmə tezliyinə malik 6,57 düymlük ekran və 9000 mAh tutumlu batareya ilə təchiz olunub.

Modellər prosessorlarına görə fərqlənir: Honor 700S Snapdragon 7 Gen 4, Honor 700 Snapdragon 8s Gen 4, Honor 700 Pro isə Snapdragon 8 Gen 5 prosessorundan istifadə edir.

Hər üç model 80 Vt sürətli enerji doldurmanı dəstəkləyir. Pro versiyasında əlavə olaraq 50 Vt simsiz enerji doldurma imkanı da var.

Yeni smartfonların Çində qiymətləri 3599 yuandan (təxminən 538 dollar) başlayır. Satışlara noyabrın 27-də başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar