"Şahzadə Mustafa"  Bakıya gəlir - VİDEO
24 noyabr 2026 15:52 (UTC +04:00)

"Şahzadə Mustafa" Bakıya gəlir - VİDEO

0

Türkiyənin məşhur aktyoru Mehmet Günsür Bakıya gəlir.

Lent.az xəbər verir ki, bu barədə o, azərbaycanlı pərəstişkarlarına ünvanladığı videomüraciətdə məlumat verib.

Aktyor paytaxtımıza baş rolunu canlandırdığı “Aşk tesadüfleri sever 3” filminin Bakıda keçiriləcək qala gecəsində iştirak etmək üçün gələcək. Qala gecəsi isə noyabrın 27-si saat 19:00-da “Dəniz Mall”da yerləşən “CineMastercard” kinoteatrında baş tutacaq. Ekran işində Mehmet Günsür Özgür, Devrim Özkan isə Mavi obrazını canlandırır. Filmin mövzusu orqan nəqli və bunun insan həyatındakı önəminə həsr olunub. Filmdən sonra M.Günsür və D.Özkan orqanlarını bağışladıqlarını açıqlayıblar.

Qeyd edək ki, aktyor Azərbaycanda şahzadə obrazı ilə daha çox tanınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 146

Oxşar yazılar