Kommunal tariflər niyə hər yerdə eynidir? -VİDEO
24 noyabr 2026 09:36 (UTC +04:00)

Kommunal tariflər niyə hər yerdə eynidir? -VİDEO

0

Azərbaycanda qış mövsümünün müddəti və sərtliyi bölgələrə görə dəyişsə də, kommunal tariflər və istehlak limitləri eyni olaraq qalır.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, Bakıda hələ də mülayim hava müşahidə olunduğu halda, ölkənin bəzi bölgələrində oktyabr və noyabr aylarından evlərin isidilməsinə başlanılıb.

Soyuq iqlim şəraitində yaşayan sakinlər mənzillərini isitmək üçün daha çox qaz və elektrik enerjisi sərf edirlər. Bu isə onların kommunal xərclərinin artmasına səbəb olur.

Məsələ iqlim şəraitinə uyğun kommunal güzəştlərin tətbiqini gündəmə gətirir. Qışın daha uzun və sərt keçdiyi rayonlarda istehlak limitlərinin artırılması və ya diferensial tariflərin müəyyənləşdirilməsi mümkün ola bilərmi?

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 144

Oxşar yazılar