Teylor Sviftin  keçmiş sevgilisi ata olur
23 noyabr 2026 21:49 (UTC +04:00)

Teylor Sviftin keçmiş sevgilisi ata olur

0

 

Britaniyanın “The 1975” qrupunun solisti Metti Hili və model həyat yoldaşı Qabriett Beçtel ilk övladlarını gözləyirlər.

Lent.az xəbər verir ki, bu barədə “Entertainment Weekly” jurnalı “People” nəşrinin əldə etdiyi fotolara istinadən məlumat yayıb.

37 yaşlı musiqiçi və həyat yoldaşı Qərbi Hollivudda alış-veriş edərkən görüntüləniblər. Fotolarda modelin hamilə olduğu nəzərə çarpıb. Bununla belə, cütlüyün nümayəndələri hamiləlik xəbərinə hələlik rəsmi münasibət bildirməyiblər.

Hili və Beçtel 2023-cü ildə münasibətə başlayıblar. Bir müddət sonra nişanlanan cütlük bu ilin iyulunda, vaxtilə Madonna məxsus olmuş Los-Anceles malikanəsində evlənib.

Qeyd edək ki, Metti Hili 2023-cü ildə amerikalı pop ulduzu Teylor Sviftlə qısamüddətli münasibət yaşayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 142

Oxşar yazılar