Tovuzda avtomobil körpüdən aşdı: 1 ölü, 4 yaralı
23 noyabr 2026 14:10 (UTC +04:00)

Tovuzda avtomobil körpüdən aşdı: 1 ölü, 4 yaralı

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Lent.az-a nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “VAZ” markalı minik avtomobilinin idatrəetməni itirərək su kanalına düşdüyü və vətəndaşın vəfat edərək avtomobildə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən vəfat edən sürücü, 65 yaşlı Hüseynov Şakir Şahmalı oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 2-si azyaşlı olmaqla 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 124

Oxşar yazılar