Sabiq polis rəisi mafiya işi üzrə istintaq fonunda  intihar etdi
23 noyabr 2026 02:41 (UTC +04:00)

Sabiq polis rəisi mafiya işi üzrə istintaq fonunda intihar etdi

0

İtaliyanın Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Polis idarəsinin (Polizia di Stato) sabiq rəisi Canni De Cennaro 1992-ci ildə mafiya sifarişi ilə qətlə yetirilən hakim Paolo Borsellinonun işi üzrə yenidən başlayan istintaq fonunda Toskanada intihar edib.

Lent.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Bildirilib ki, onun meyiti şənbə günü səhər saatlarında aşkarlanıb. Yaxınları onunla əlaqə saxlaya bilmədikdən sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Hadisə ilə bağlı şəxsin intihara sövq edilməsi şübhəsi ilə cinayət işi açılıb. Hələlik iş üzrə şübhəli şəxs yoxdur.

Qeyd edək ki, De Cennaro 1992-ci ildə mafiya tərəfindən öldürülən, Canni Falkonenin silahdaşı olmuş mafiyaya qarşı mübarizə aparan hakim Paolo Borsellinonun qətli ilə bağlı yenidən açılmış iş üzrə müstəntiqlərin qarşısına çıxmalı idi.

İtaliya mediasının məlumatına görə, onun meyitinin yanında yaxınlarına ünvanlanmış vida məktubu və ehtimal ki, müdafiə tərəfinin istifadə etməli olduğu qeydlər tapılıb.

Qeyd edək ki, Canni De Cennaro 2000–2007-ci illərdə adıçəkilən qurumun rəhbəri – polis rəisi (Capo della Polizia) olub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar