İran ABŞ-ın iki hərbi bazasını  vurdu
21 noyabr 2026 23:50 (UTC +04:00)

İran ABŞ-ın iki hərbi bazasını vurdu

0

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəhreyndə yerləşən iki ABŞ hərbi bazasına hücum etdiyi bildirilir.

Lent.az “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, Şeyx İsa və Əl-Cüfeyr hərbi bazaları hədəfə alınıb.

Agentlik hücumun ABŞ-ın hərəkətlərinə cavab olaraq həyata keçirildiyini bildirib.

Hücumun nəticələri və mümkün itkilər barədə məlumat verilməyib.

SEPAH hələlik hücumla bağlı rəsmi açıqlama yaymayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar