Türkiyə Superliqasının 12-ci turunda “Qalatasaray” “Samsunspor”u 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın sonunda İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk qırmızı vərəqə alıb.
Lent.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə yan xətt hakiminə etiraz etdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb.
Qarşılaşma başa çatdıqdan sonra isə baş hakim Ali Şansalana etirazlarını davam etdirən Okan Buruk ikinci sarı vərəqəni alaraq qırmızı vərəqə ilə cəzalandırılıb.
Beləliklə, Okan Buruk Türkiyə Superliqasının 13-cü turunda keçiriləcək “Beşiktaş” derbisində komandasının texniki zonasında yer ala bilməyəcək.