Polad Bülbüloğlu İsraildə 5 ağır əməliyyat  keçirib - VİDEO
21 noyabr 2026 14:29 (UTC +04:00)

Polad Bülbüloğlu İsraildə 5 ağır əməliyyat keçirib - VİDEO

0

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu son illər görmə qabiliyyətində üzləşdiyi problemlərdən danışıb və bununla bağlı İsraildə ağır əməliyyatlar keçirdiyini açıqlayıb.

Lent.az-ın xəbərinə görə, o, bu barədə “Sheinkin40” adlı “YouTube” kanalına müsahibəsində danışıb.

Bakıda baş tutan müsahibə zamanı millət vəkili bildirib ki, ABŞ, Rusiya və digər ölkələrdə görmə qabiliyyətində yaşadığı problemlərlə bağlı konsultasiyalarda olub. Lakin onun sözlərinə görə, yaşadığı problemlə bağlı ona ən çox töhvə verən İsrail səhiyyəsi olub: “Mən orada 5 ağır əməliyyat keçirdim. Onlardan 4-ü Hayfada, 1-i isə Təl-Əvivdə baş tutub. Orada çox böyük diqqət və qayğı hiss edirdim. Onlar sayəsində bu gün sizin qarşınızdayam və sizi görürəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar