Şəkidə it azyaşlı qızı dişlədi
21 noyabr 2026 14:23 (UTC +04:00)

Şəkidə it azyaşlı qızı dişlədi

0

Şəkidə azyaşlı küçə itinin hücumuna məruz qalaraq xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki şəhərinin Sabit Rəhman küçəsində qeydə alınıb.

Sahibsiz it Bakı şəhər sakini, 4 yaşlı Sevil Babazadəyə hücum edərək onun bud nahiyəsindən xəsarət yetirib.

Azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ budun yuxarı üçdəbir hissəsinin deşilmiş yarası diaqnozu qoyulub.

Sevil Babazadəyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar