İstanbulun məşhur Ayasofya məscidinin altındakı tarixi tunellərin təmizlənməsi və bərpası işləri davam edir.
Lent.az xəbər verir ki, indiyədək 420 metr uzunluğunda tunel təmizlənib, təxminən 3 min ton torpaq və dolğu materialı çıxarılıb.
Araşdırmalar zamanı 6 tarixi məkan və 9 tunel aşkar edilib. Bəzi yeraltı tikililərin hazırkı Ayasofya binasından daha qədim dövrə aid olduğu ehtimal edilir.
Mütəxəssislər tunellərin bir hissəsinin Yerebatan Sarnıcı istiqamətində uzandığını bildirirlər.
İşlər başa çatdıqdan sonra uyğun bölmələrin turistlərin ziyarətinə açılması planlaşdırılır.