Maaş vermədilər, oğlundan ayırdılar: qadın 33 illik köləlikdən  qurtuldu - VİDEO
21 noyabr 2026 19:09 (UTC +04:00)

Maaş vermədilər, oğlundan ayırdılar: qadın 33 illik köləlikdən qurtuldu - VİDEO

0

Braziliyanın San-Paulu ştatının Embu-das-Artis şəhərində 30 ildən çox müddətdə köləliyə bənzər şəraitdə yaşamağa və işləməyə məcbur edilən 59 yaşlı qadın xilas edilib.

Lent.az xəbər verir ki, qadın noyabrın 12-də Braziliyanın Əmək və Məşğulluq Nazirliyi, Federal Polis, Əmək Prokurorluğu və digər dövlət qurumlarının birgə keçirdiyi əməliyyat nəticəsində azad olunub.

Araşdırma zamanı məlum olub ki, Baiya ştatından olan qadın 1990-cı illərin əvvəllərində həmin ailənin yanında işləməyə başlayıb. O, bütün bu illər ərzində heç bir əməkhaqqı almadan ev işləri görüb, itlərə qulluq edib, həmçinin küçə bazarlarında satıcı kimi çalışıb.

Qadına ailə ilə birlikdə başqa yerə köçərkən azyaşlı oğlunu özü ilə aparmağa da icazə verilməyib. Ev qulluqçusu mebelsiz otaqda, döşəmənin üzərinə sərilmiş köhnə döşəklərdə yatmağa məcbur olub. Onun normal sanitar qovşağından istifadə etmək imkanı da olmayıb.

Bundan başqa, işəgötürən bütün bu illər ərzində qadına bir gün belə istirahət etməyə icazə verməyib. Qadın xilas edildikdən sonra Əmək Prokurorluğu işəgötürən ailə ilə danışıqlar aparıb.

Nəticədə ailənin qadının 1993-cü ildən etibarən əmək stajını rəsmi şəkildə tanıması, ona ödənilməmiş əməkhaqqına görə 1,7 milyon Braziliya realından çox (təxminən 497 min 688 manat) məbləğində ödəniş etməsi və ömürlük pensiya təmin etməsi barədə razılıq əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar